Qarpızın bilmədiyiniz FAYDALARI
Əksər insanlar üçün yay aylarının ən çox sevilən və təravətləndirici meyvəsi olan qarpız ən çox istehlak edilən meyvələr arasındadır.
Su və şəkərdən ibarət olduğu düşünülsə də, qarpızın kalori və qida dəyəri çox zəngindir və yüksək qida dəyəri olan bir meyvədir.
Bir çox vitamin və minerallarla zəngindir.
"Cebheinfo.az" qarpızın 7 faydasını təqdim edir:
1. Gün ərzində 100-150 qr qarpız yemək gündəlik vitamin və mineral ehtiyacının 10 %-ni təmin edir.
2. Susuzluğun qarşısını alır və böyrəklərin müntəzəm fəaliyyətini tənzimləyir.
3. Yüksək qan təzyiqini azaltmağa kömək edərək ürək-damar sağlamlığını qoruyur.
4. Güclü antioksidant olduğu üçün bədəni toksinlərdən təmizləyir.
5. Dərinin nəm balansını təmin edir və daha canlı bir görünüş verir.
6. Yaddaşı gücləndirir.
7. Tərkibi liflə zəngin olduğuna görə bağırsaqların işini tənzimləyir.
"Cebheinfo.az"


