Azərbaycanla Ermənistan arasında tikanlı məftil hələ ÇƏKİLMƏYİB
Rəsmi Bakı və İrəvan Tavuş bölgəsində delimitasiya və demarkasiya prosesinə 2024-cü ildə başlayıblar, lakin naməlum səbəblərdən sərhəd hasarının tikintisi yarımçıq qalıb.
Belə ki, hələ Tavuş bölgəsindəki Aşağı Əskipara kəndi yaxınlığındakı sərhəd hasarınının tikintisi tamamlanmayıb.
“Cebheinfo.az” xəbər verir ki, Milli Təhlükəsizlik Xidməti bu məlumatı “Sputnik Armenia”-ya təsdiqləyib.
MTX bildirib ki, Aşağı Əskipara sərhəd hissəsində koordinatları göstərilən tikanlı məftil hasarların tikintisi üçün müvafiq işlər görülür.
Təqdim olunan xəritədəki qırmızı xətt Baqanis və Əskipara kəndləri arasındakı hasar xəttini göstərir.
Hasarın yarımçıq qaldığı bir neçə yüz metrlik hissə narıncı rənglə işarələnib. Açıq qəhvəyi rəng "neytral zona"nı və ya Ermənistan Silahlı Qüvvələri ilə Azərbaycan Dövlət Sərhəd Xidməti arasındakı ərazini göstərir.
Milli Təhlükəsizlik Xidməti 2024-cü ildə delimitasiya və demarkasiya prosesi başlayandan sonra sərhəd hasarının niyə yarımçıq qaldığını izah etməyib.
Xəzər
“Cebheinfo.az”


