"Hraparak": “İrəvan Bakının tələblərini yerinə yetirə bilməyəcək”
Ermənistanda parlament seçkilərinin rəsmi yekun nəticələri hələ açıqlanmasa da, eləcə də “Çiçəklənən Ermənistan” partiyasının parlamentə düşüb-düşməyəcəyi məlum olmassa da, bir fakt aydındır:
“Mümkün dəyişikliklərdən asılı olmayaraq, “Vətəndaş Müqaviləsi” partiyası Konstitusiya çoxluğuna malik deyil və olmayacaq.
“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistanın müxalif "Hraparak" qəzeti belə yazıb.
Nəşr qeyd edir ki, bu səbəbdən hakim partiya konstitusiyaya dəyişiklik etmək və referendum keçirməklə bağlı Bakının tələblərini yerinə yetirə bilməyəcək:
“Bu fakt Azərbaycanda narahatlıq doğrurub. İndi konstitusiya dəyişiklikləri olmadan Paşinyan nə sülh müqaviləsi imzalaya, nə də Bakı ilə diplomatik münasibətlər qura biləcək və yalnız ticarət, nəqliyyat sahələrində müəyyən addımlar ata biləcək”, - deyə "Hraparak" nəşri "təhlilçilərə istinadla" belə yazır.
Müşfiq Abdulla
“Cebheinfo.az”


