İqtisadiyyata investisiya qoyuluşu 4,6 faiz azalıb

2025-ci ilin yanvar-aprel aylarında əsas kapitala 5069,3 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,6 faiz az investisiya yönəldilmişdir.
Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 22,7 faiz azalmış, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 5,3 faiz artmışdır. İstifadə olunmuş investisiyanın 2578,8 milyon manatı və ya 50,9 faizi məhsul istehsalı sahələrinə, 1627,6 milyon manatı (32,1 faizi) xidmət sahələrinə, 862,9 milyon manatı (17,0 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur.
Əsas kapitala yönəldilmiş investisiyaların 3772,4 milyon manatını və ya 74,4 faizini daxili investisiyalar təşkil etmişdir.
Əsas kapitala yönəldilmiş investisiyaların 3969,3 milyon manatı və ya 78,3 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.
“Cebheinfo.az”