Dünya üçün fəlakət SSENARİSİ

Dünya üçün fəlakət SSENARİSİ

Dünya qalıq yanacaqlarından istifadə səbəbiylə böyük bir böhranla qarşı-qarşıyadır. 

Mütəxəssislər 1 milyard insanın iqlim miqrantına çevriləcəyi və qlobal istiləşmə bu sürətlə davam edərsə, 2070-ci ilə qədər dünyanın üçdə ikisinin yaşayış üçün yararsız hala düşəcəyinə dair xəbərdarlıq edir. 

Qalıq yanacaqlardan istifadənin istixana qazı emissiyalarını artırdığını xatırladan Türkiyə Yaşıl Hidrogen İstehsalçıları Dərnəyi başçısı Yusuf Günney günəş və külək kimi bərpa olunan mənbələrlə birlikdə enerji istehsalının artırılmasına diqqət yetirib. 

"Cebheinfo.az" xəbər verir ki, dünyanın qlobal istiləşmə təhlükəsi ilə üzləşdiyi bir vaxtda bərpa olunan enerjiyə ehtiyac xeyli artıb. Türkiyə Yaşıl Hidrogen İstehsalçıları Dərnəyinin (H2DER) başçısı Yusuf Günay Trakya Universitetinin ev sahibliyi etdiyi Yaşıl Enerji Seminarında “Enerjinin Dönüşüm və Yaşıl Hidrogen” adlı təqdimatla çıxış edib. 

Qlobal istiləşmə səbəbiylə dünyanın əhəmiyyətli bir iqlim böhranı ilə üzləşdiyini vurğulayan Günay qlobal istiləşmənin 1,5 dərəcə Selsini keçəcəyi təqdirdə 1 milyard insanın iqlim miqrantına çevriləcəyini bildirib. Fosil (qalıq) yanacaqlardan istifadənin istixana qazı emissiyalarını artırdığını xatırladan Günay günəş və külək kimi yenilənə bilən mənbələrlə enerji istehsalının artırılmasının zəruriliyinə diqqət çəkib. 

Günay bildirib ki, qlobal istiləşmənin qarşısını almaq üçün tədbirlər görülməsə, dünyada bir çox neqativ hallar yaşanmağa davam edəcək. Qlobal istiləşmənin dünyanı təhdid etdiyini xatırladan Günay qeyd edib: 

"Qlobal istiləşmə bu cür davam edərsə, 2070-ci ilə qədər dünyanın üçdə ikisi yaşayış üçün yararsız hala düşəcək. Qlobal istiləşmə Selsi üzrə 1,5 dərəcəni keçərsə, 1 milyard insan iqlim miqrantına çevriləcək və miqrasiya etmək məcburiyyətində qalacaq. 

Buna görə də qlobal istiləşmə ilə mübarizə son dərəcə vacibdir. Biz son dövrlər daşqınları, yanğınları və təbii fəlakətləri görürük və bunları əvvəlki vaxtlarda gördüyümüzdən çox fərqli şəkildə görürük". 

O, iqlim böhranı ilə mübarizə ilə bağlı Türkiyənin də tərəfdarı olduğu 2015-ci il Paris İqlim Sazişinin imzalandığını və Avropa Yaşıl Sazişinin 2021-ci ildə tətbiq olunmağa başladığını əlavə edib. 

Dünyanın yaşıl bir çevrilişə ehtiyacı olduğunu vurğulayan Günay "Dünyada enerji istehlakının 80 faizi hələ də qalıq yanacaqlardan təmin edilir. Yenilənə bilən enerji istifadəsi 12 faiz, nüvə enerjisi istifadəsi 8 faizdir",- deyib. 

Nigar 
"Cebheinfo.az"