Erməni nazir müavini Şuşa barədə danışmaqdan İMTİNA ETDİ

Erməni nazir müavini Şuşa barədə danışmaqdan İMTİNA ETDİ

“Hər kəsə sülh arzulayıram”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu Ermənistanın müdafiə nazirinin müavini Arman Sarkisyan bu gün, mayın 9-da Yerablur panteonunda jurnalistlərlə söhbətində mayın 9-un onun üçün bayram olub-olmaması ilə bağlı sualı cavablandırarkən deyib.

Şuşanın işğalı  münasibəti ilə  də təbrik edib-etmədiyini soruşduqda o, belə cavab verib:

"Mən bu günü sülh mesajı, sülh və harmoniya içində yaşamağın simvolu kimi qəbul edirəm. Hamımıza tədbirli olmağı və elə hərəkət etməyi arzu edirəm ki, həm regionda, həm də bütün dünyada sülh hökm sürsün".

“Siz daha Şuşanın azad edilməsindən danışa bilməzsiniz?” sualına Arman Sarkisyan belə cavab verib: “Siz manipulyasiya edirsiniz və məni hansısa yolla seçdiyiniz şərtlərə cəlb etmək istəyirsiniz...”

Erməni jurnalistlər müxtəlif suallar verməkdə davam ediblər, lakin müdafiə nazirinin müavini səssizcə ərazini tərk edib. 

Xatırladaq ki, 1992-ci il mayın 8-də Ermənistan hərbi birləşmələri tərəfindən işğal edilib və  28 il sonra, 2020-ci il 8 noyabrda azad olunub.

Xəzər
“Cebheinfo.az”