Ararat Mirzoyan: “Yaxşı xəbərlər olacaq”

Ararat Mirzoyan: “Yaxşı xəbərlər olacaq”

“Sülh müqaviləsinin imzalanmasına gəlincə, ola bilsin ki, yaxın vaxtlarda yaxşı xəbərlər olsun”. 

“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Azadlıq” radiosuna açıqlamasında belə deyib.

“Bakı ilə danışıqların olub-olmaması, əgər varsa, Azərbaycanın ilkin şərtləri ilə bağlı nə məlumdur” sualına xarici işlər naziri belə cavab verib:

“Biz bir dəqiqə əvvəl məsləhətləşmələrə başlamağa hazır olduğumuz kimi, indi də hazırıq. Təəssüflər olsun ki, Azərbaycan tərəfdən müxtəlif bəyanatlar eşidiri.

Hələlik heç bir irəliləyiş yoxdur. Amma müzakirələr gedir və hər bir danışıqlarda olduğu kimi, səbirli olaq, bəlkə də yaxın gələcəkdə yaxşı xəbərlər olacaq”.

Müşfiq Abdulla 
“Cebheinfo.az”