Toya gedən 15 yaşlı oğlan çayda boğulub öldü

Toya gedən 15 yaşlı oğlan çayda boğulub öldü

Bərdə rayonunda 15 yaşlı oğlan çayda boğulub ölüb.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Ağdam rayon sakini 2010-cu il təvəllüdlü Əli Fərəcov Tərtər çayının Bərdə şəhəri ərazisindən keçən hissəsində boğulub.

Hələlik onun hansı şəraitdə çaya düşdüyü məlum deyil.

İlkin məlumata görə, Ə. Fərəcov Tərtər çayın sahilinə yaxın olan şadlıq saraylarından birində təşkil edilən toya gəlibmiş.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"