Putin üçün xüsusi tribunal yaradılır

Putin üçün xüsusi tribunal yaradılır

Avropa İttifaqına üzv olan 27 ölkənin bəzi liderləri Ukraynanın dəvəti ilə Lvovda bir araya gələrək Rusiya rəhbərliyini mühakimə etmək üçün Avropa Şurası çərçivəsində xüsusi tribunal yaradılmasına dəstək veriblər. 

"Cebheinfo.az" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Bildirilib ki, ümumilikdə Avropa Şurasına üzv 37 ölkə bu ideyanı dəstəkləyir.

Lüksemburqun xarici işlər naziri Ksavyer Bettel jurnalistlərə açıqlamasında bildirib ki, tribunal məhz Lüksemburqda yerləşəcək.

Onun sözlərinə görə, gələn həftə Ukraynanın xarici işlər naziri Andrey Sibiga orada çıxış edərək Rusiyaya qarşı irəli sürdükləri ittihamları səsləndirəcək.

Xatırladaq ki, bu ilin əvvəlində Avropa Komissiyası açıqlamışdı ki, Avropa İttifaqı, Avropa Şurası və Ukrayna Rusiyanın Ukraynada törətdiyi iddia edilən “cinayətlər”lə bağlı tribunal yaradılması üçün hüquqi əsasları formalaşdırıblar.

Kreml isə bu ideyaya sərt reaksiya verib. Prezident Putinin sözçüsü Dmitri Peskov bildirib ki, bu beynəlxalq qurumlar və onlara bağlı ekspertlər “tamamilə birtərəfli və qeyri-obyektiv yanaşma sərgiləyirlər, reallığa baxmaq istəmirlər”.

O həmçinin əlavə edib ki, bu ekspertlər 2014-cü ildən bəri susurlar:

“Ovaxt Kiyev hökuməti öz vətəndaşlarına qarşı tank yeritmişdi. Çünki onlar hakimiyyət dəyişikliyini qəbul etməmişdilər”.

Səbinə Uğur
"Cebheinfo.az"