"Milan" futbolçularının əvəzinə matçda anaları "oynayacaqlar"

"Milan" futbolçularının əvəzinə matçda anaları "oynayacaqlar"

İtaliyanın "Milan" komandasının futbolçuları ölkə çempionatında "Bolonya" ilə matça formalarının üzərində öz analarının qızlıq soyadları ilə çıxacaqlar.

Oxu.Az xəbər verir ki, klubun Mətbuat Xidmətinin məlumatına görə, aksiya Analar Gününə həsr olunub.

Həmçinin oyun zamanı klub oyunçuları və əfsanələrinin analarının fotoşəkilləri nümayiş olunacaq.

Qeyd edək ki, İtaliya A Seriyasının "Milan" - "Bolonya" matçı bu gün Bakı vaxtı ilə saat 22:45-də keçiriləcək.

Xatırladaq ki, İtaliyada Analar Günü mayın 11-də qeyd edilir.

"Cebheinfo.az"