Putin bu xalqlara təşəkkür etdi

Putin bu xalqlara təşəkkür etdi

“Müharibədə Orta Asiya və Zaqafqaziya xalqlarının töhfəsi çox böyük olub”.

“Cebheinfo.az” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Böyük Vətən müharibəsində Qələbənin 80 illiyi münasibətilə Qızıl Meydanda çıxışı zamanı deyib.

"Oradan cəbhə üçün lazım olan hər şeyi olan qatarlar fasiləsiz hərəkətini davam etdirirdi. Orada xəstəxanalar yerləşirdi və yüz minlərlə təxliyə edilənlər öz ikinci evlərini tapdılar. Onlarla sığınacaqlarını, çörəklərini  bölüşdülər.

Biz Böyük Vətən müharibəsi iştirakçılarının hər birini ehtiramla anırıq, Qələbə uğrunda canlarından keçmiş hər kəsin xatirəsi önündə baş əyirik. Oğulların, qızların, ataların, anaların, babaların, ulu babaların, ərlərin, arvadların, qardaşların, bacıların, qohumların, dostların xatirəsinə hörmət edirik”.

“Rusiya uğrunda ədalətli döyüşdə qəhrəmancasına həlak olmuş silahdaşlarımızın qarşısında baş əyirik”, - deyə Rusiya Prezidenti bir dəqiqəlik sükut elan edib.

Xəzər
“Cebheinfo.az”