Paşinyan: “Azərbaycanla müharibə olamayacaq”

“Bütün daxili və xarici təxribatlara baxmayaraq, Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq”.
“Cebheinfo.az” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Ermənistan və Azərbaycan arasında sülhün və dövlətlərarası münasibətlərin yaradılması haqqında Saziş layihəsinin razılaşdırıldığını və imzalanmağı gözlədiyini vurğulayan hökumət başçısı “Biz həmin yolla gedəcəyik” - deyə bildirib.
“Bölgəmiz əmin-amanlıq, firavan yaşamaq haqqı qazanıb və belə də olmalıdır”, - deyə Paşinyan əlavə edib.
Qeyd edək ki, rəsmi Bakı və İrəvan martın 13-də sülh sazişi üzrə işlərin başa çatdığını elan ediblər.
Müşfiq Abdulla
“Cebheinfo.az”