İran ABŞ ilə müqavilənin təfərrüatlarını açıqladı
İran ABŞ ilə bağlanmış müqavilənin bir hissəsi olaraq nüvə silahının hazırlanmasından imtina etməyə razı olub.
“Cebheinfo.az” bu barədə “Reuters” agentliyinə istinadən yazıb.
Məlumata görə, İranın yüksək vəzifəli rəsmisi İslam Respublikasının ABŞ ilə memorandumunun təfərrüatlarını açıqlayıb.
Məmurun sözlərinə görə, ABŞ ilə bağlanmış memorandum layihəsinə görə, Tehran nüvə silahı istehsal etməmək və ya əldə etməmək barədə razılığa gəlib. Tərəflər, həmçinin İranın ölkə daxilində yüksək zənginləşdirilmiş uran ehtiyatını azaltmalı olduğu barədə razılığa gəliblər.
Mənbənin sözlərinə görə, sonrakı tədbirlər mexanizmi növbəti 60 gün ərzində müzakirə olunacaq.Bir müddət əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə bağlanmış müqavilənin əsas müddəalarını açıqlayıb.
O bildirib ki, İran və ABŞ arasında anlaşma memorandumuna əsasən, tərəflər bir-birinin suverenliyinə hörmət etməyə və bir-birinin daxili işlərinə qarışmamağa öhdəlik götürürlər.
Xəzər
“Cebheinfo.az”


