Rumıniya prezidentindən baş nazir vəzifəsinə yeni namizəd

Rumıniya prezidentindən baş nazir vəzifəsinə yeni namizəd

Rumıniya Prezidenti Nikuşor Dan onun tərəfindən baş nazir vəzifəsinə təyin edilmiş Eucen Tomakın səlahiyyətlərinə xitam verdiyini açıqlayıb və bu posta yeni namizəd kimi Adrian Veştyanı irəli sürüb.

Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, dövlət başçısının bəyanatı Rumıniya Prezident Administrasiyasının rəsmi saytında dərc olunub.

"Adrian Veştya bütün inzibati pillələrdən uğurla keçib. O, uğurlu mer, uğurlu vilayət şurası sədri və uğurlu nazir olub. Adrian Veştya qətiyyətli qərbyönümlü siyasətçidir", - deyə Nikuşor Dan bildirib.

Xatırladaq ki, bundan əvvəl Eucen Tomak "siyasi deyil, texniki hökumət" formalaşdırmaq niyyətində olduğunu açıqlamış və bu məqsədlə siyasi partiyalarla məsləhətləşmələrə başlamışdı.

Lakin aparılan məsləhətləşmələr konkret nəticə vermədən başa çatıb.

"Cebheinfo.az"