Netanyahu: "Mən Baş nazir olduğum müddətcə..."

Netanyahu: "Mən Baş nazir olduğum müddətcə..."

"İran nüvə silahına sahib olmamalıdır. Bu mövqe onilliklərdir dəyişməz qalıb". 

"Cebheinfo.az" xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.

O, "X" sosial media platformasında paylaşımında bu məsələdə ABŞ Prezidenti Donald Trampla tam razılaşdığını qeyd edib. "Mən İsrailin Baş naziri olduğum müddətcə İran nüvə silahına sahib olmayacaq", - deyə Netanyahu bildirib.

O əlavə edib ki, 30 ildən çoxdur ki, İranın nüvə proqramına qarşı beynəlxalq kampaniyanın ön sıralarında olub və bu səylər olmadan ,Tehranın artıq nüvə silahına sahib ola biləcəyini iddia edib.

İsrail Baş nazirinin sözlərinə görə, İran İsrailin məhv edilməsini davam etdirir və o, bunun qarşısını almağı əsas məqsədlərindən biri adlandırıb. O, açıqlamasında "Mən həyatımı bunun baş verməsinin qarşısını almağa həsr etmişəm", - deyib.

Netanyahu, həmçinin baş nazir olduğu müddətcə İranın nüvə silahı əldə edə bilməyəcəyini təkrarlayıb.

Xəzər 
"Cebheinfo.az"