Kremli qəzəbləndirəcək addım: Sabah başlayır
Ukrayna və Moldova bazar ertəsi günü Avropa Birliyinə qoşulmaq üçün əsaslı danışıqların birinci mərhələsinə başlayacaqlar.
Mərasim hər iki ölkənin yüksək vəzifəli AB rəsmilərinin və nazirlərinin iştirakı ilə Lüksemburqda keçiriləcək.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə “The Guardian” yazıb.
Danışıqların başlanması Rusiyanın Ukraynaya tammiqyaslı işğalının başlamasından qısa müddət sonra 2022-ci ildə AB üzvlüyünə namizəd statusu alan Ukrayna və Moldova üçün əhəmiyyətli siyasi addım hesab olunur.
2024-cü ilin iyun ayında danışıqların açılması ilə bağlı rəsmi qərara baxmayaraq, prosesdəki sonrakı irəliləyiş uzun müddət Macarıstan tərəfindən əngəllənib.
Vəziyyət Macarıstanda hakimiyyət dəyişikliyindən sonra dəyişib. Ötən həftə AB üzv dövlətləri yekdilliklə qanunun aliliyi, demokratiya və dövlət institutlarının fəaliyyəti məsələlərini əhatə edən sözdə "birinci qrup" danışıqlarının açılmasına razılıq veriblər.
Onun başlanması vahid bazar, ətraf mühit siyasəti və sosial-iqtisadi məsələlər də daxil olmaqla inteqrasiyanın digər sahələri üzrə müzakirələrə yol açır.
Avropa Komissiyasının sədri Ursula fon der Lyeyen və Avropa Şurasının sədri Antonio Kosta Ukrayna və Moldovanın ciddi çətinliklərə baxmayaraq, islahatların aparılması üçün qətiyyət, cəsarət və davamlı iş nümayiş etdirdiklərini bildiriblər.
Ukrayna Prezidenti Volodimir Zelenski ilk danışıqlar klasterinin açılmasını ölkə üçün mühüm siyasi və mənəvi təkan adlandırıb. Lakin Avropa rəsmiləri qeyd edirlər ki, üzvlüyə gedən yol uzundur.
Xəzər
“Cebheinfo.az”


