Xankəndi Mədəniyyət Mərkəzində ilk konsert oldu – FOTOLAR

Xankəndi Mədəniyyət Mərkəzində ilk konsert oldu – FOTOLAR

Xankəndi Mədəniyyət Mərkəzində əsaslı təmirdən sonra ilk dəfə tədbir keçirilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Cebheinfo.az"-a verilən məlumata görə, bu gün Xankəndi Mədəniyyət Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı təşkil olunub.

Bildirilib ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutan konsert proqramında Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Bakı Dövlət Kamera Orkestri həm yerli, həm də dünya bəstəkarlarının əsərlərini ifa edib.

Xatırladaq ki, Prezident İlham Əliyev mayın 28-də Xankəndi şəhərində əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışında iştirak edib. 

Mərkəz əhalisi artan, o cümlədən tələbələrlə dolu Xankəndinin mədəni mühitinin canlandırılmasında mühüm rol oynayacaq, kütləvi tədbirlərin keçirilməsində əsas məkanlardan biri olacaq.

"Cebheinfo.az"