“Dedpul”un ulduzu 30 il gizli qalan hadisədən danışdı
Hollivud aktyoru Rayan Reynolds illər əvvəl sərxoş sürücünün vurması nəticəsində ağır yol-nəqliyyat hadisəsi keçirdiyini açıqlayıb.
Axşam.az-ın məlumatına görə, aktyor bildirib ki, hadisə təxminən 18-19 yaşlarında baş verib. O, həmin axşam spirtli içki qəbul etdiyi üçün sükan arxasına keçməyib və evə piyada getmək qərarına gəlib. Lakin yolda sərxoş sürücünün idarə etdiyi avtomobil onu vurub.
“Dörd həftə xəstəxanada qaldım. Bədənimin sol tərəfində demək olar ki, bütün sümüklər qırılmışdı” deyə, aktyor bildirib.
Qeyd edək ki, hadisə "Dedpul" ulduzunun dünya şöhrəti qazanmasından əvvəl baş verib. Həmin dövrdə aktyor televiziya layihələrində yeni rol almağa başlayırdı. Onun geniş tanınması isə bir neçə il sonra "National Lampoon's Van Wilder" filminin uğurundan sonra baş verib.
"Cebheinfo.az"


