İran sərhədlərində təhlükəsizlik gücləndirilib

İran sərhədlərində təhlükəsizlik gücləndirilib

“İran sərhədlərində təhlükəsizlik yüksək səviyyədədir və bölmələr xüsusən də qərb istiqamətində əməliyyat tapşırıqlarını yerinə yetirməyə tam hazırdır”. 

“Cebheinfo.az” xəbər verir ki, bu açıqlamanı Sərhəd Mühafizəsi Komandanı briqada generalı Əli-Əkbər Cavidan Kermanşah əyalətinin sərhəd ərazilərinə yoxlama səfəri zamanı verib.

Onun sözlərinə görə, sərhəd qüvvələri tam hazırlıqla fəaliyyət göstərir və işlərini silahlı qüvvələrin digər bölmələri ilə əlaqələndirir: "İranın Sərhəd Mühafizəsi, xüsusən də ölkənin qərb sərhədlərində, tam əməliyyat hazırlığındadır". 

O, həmçinin sərhəd ərazilərində yerli əhalinin rolunu qeyd edərək, onları sabitliyin qorunmasında mühüm amil adlandırıb.

Komandir təhlükəsizliyi pozmaq üçün edilən hər hansı bir cəhdin dayandırılacağını vurğulayıb:

"Sərhəd mühafizəsi sərhəd ərazilərində yüksək hazırlıq vəziyyətindədir və terrorçu qrupların və ya təhlükəsizliyi pozan elementlərin hər hansı bir hərəkətinə qətiyyətli və çəkindirici cavab veriləcək".

Xəzər
“Cebheinfo.az”