Mirzoyan Lüksemburqda Aİ-nin iclasına qatılacaq
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 14-15 iyun tarixlərində Lüksemburqda işgüzar səfərdə olacaq.
"Cebheinfo.az" Ermənistan mediasına istinadən xəbər verir ki, o, Avropa İttifaqına (Aİ) üzv dövlətlərin xarici işlər nazirləri Şurasının iclasına qatılacaq.
Qeyd olunur ki, iyunun 15-də Avropa diplomatiyasının rəhbəri Kaya Kallasın dəvəti ilə Mirzoyan Şuranın iclası çərçivəsindəki müzakirədə də iştirak edəcək.
"Cebheinfo.az"


