Dənizdə güclü ZƏLZƏLƏ

Dənizdə güclü ZƏLZƏLƏ

Egey dənizində 6 bal gücündə zəlzələ baş verib.

"Cebheinfo.az" xəbər verir ki, zəlzələ Yunanıstanın Krit adaları sahillərində qeydə alınıb.

Türkiyə Təbii Fəlakət və Fövqəladə Hallar Rəhbərliyi (AFAD) Egey dənizində 6 bal gücündə zəlzələ baş verdiyini açıqlayıb.

AFAD-ın  məlumatına görə, Türkiyə saatı ilə 06.19-da Egey dənizindəki 6 bal gücündə zəlzələnin dərinliyi 17,7 kilometr olub.

Muğlanın Datça mahalından 166 kilometr aralıda qeydə alınan zəlzələ İzmir və ətraf vilayətlərdə də hiss olunub. İlkin məlumata görə, zəlzələ zamanı heç bir fəsad yaşanmayıb.

Nigar Hacılı 
"Cebheinfo.az"