Rubio: “ABŞ Ukraynanı silahla təmin edir”

“ABŞ administrasiyası Kiyevi silahla təmin edir, lakin Rusiya-Ukrayna münaqişəsinə tezliklə son qoyulmalıdır”.
Bunu ABŞ Dövlət katibi Marko Rubio deyib.
“Biz hazırda onlara (red. - Ukraynaya) yardım göstəririk, lakin nəticədə müharibə başa çatmalıdır”, - o, əlavə edib.
Onun sözlərinə görə, Vaşinqton Kiyevi dünyada hamıdan çox dəstəkləyir.
"Cebheinfo.az"