Bayden bu il ölə bilər: Ağ Evin həkiminin sözləri manşet oldu

Xəbər verdiyimiz kimi, keçmiş prezident Co Baydenin metastatik prostat xərçəngi ilə bağlı proqnozlar nahatlıq doğurur və keçmiş lider bir il ərzində ölə bilər.
Bunu Ağ Evin keçmiş həkimi “Washington Free Beacon” qəzetinə deyib.
"Mən bir neçə uroloqla danışmışam və ümumi konsensus ondan ibarətdir ki, bu, 12-18 ay çəkə bilər",-deyə həkim bildirib.
“Cebheinfo.az” xəbər verir ki, bu məlumat bir anda dünya mətbuatında manşet olub. Aparıcı media orqanları xəbəri manşetdən yayıblar. Ancaq eyni zamanda, xəbəri yayan həkim də tənqid olunub. Onun şəxsi məlumatı yaymaqla şəxsin nüfuzuna zərər vurduğu deyilir.
Baydenin şəxsi ofisi bazar günü "kiçik parça" kimi təsvir edilənin əslində sümüklərə metastaz vermiş prostat xərçənginin dördüncü mərhələsi olduğu deyib.
Xəzər
“Cebheinfo.az”