Səudiyyə Ərəbistanından israillilərə həmlə: Qadağan olundu

Səudiyyə Ərəbistanından israillilərə həmlə: Qadağan olundu

Səudiyyə Ərəbistanından İsraillə bağlı ilginç qərar müzakirələrə səbəb olub.

“Cebheinfo.az” xəbər verir ki, sosial mediada "Səudiyyə Ərəbistanı israillilərə ölkədə torpaq almağı qadağan edib" iddiaları yayılır. 

Ancaq reallıq bir az fərqlidir. Belə ki, Səudiyyə Ərəbistanı 2026-cı ildən etibarən xarici investorlara müəyyən bölgələrdə daşınmaz əmlak almağa icazə verən yeni qaydalar tətbiq edib.

Buna baxmayaraq, İsrail vətəndaşlarının ölkədə əmlak əldə etməsinə dair konkret yeni qadağa və ya razılıq elan edilməyib.

Mütəxəssislərin fikrincə, iki ölkə arasında diplomatik münasibətlərin olmaması və mövcud giriş qaydaları səbəbindən İsrail vətəndaşlarının Səudiyyə Ərəbistanında torpaq alması artıq praktik olaraq mümkün deyil. 

Buna görə də, sosial mediada "yeni qadağa" kimi paylaşılan xəbər sadəcə mövcud təcrübənin yenidən ortaya çıxması kimi dəyərləndirilir.

Xəzər
“Cebheinfo.az”