İsrail ordusu "Hizbullah"ın 80-dən çox hədəfinə zərbə endirib

İsrail ordusu "Hizbullah"ın 80-dən çox hədəfinə zərbə endirib

İsrail Müdafiə Ordusu (IDF) Livanın cənubunda "Hizbullah" qruplaşmasına məxsus 80-dən çox hədəfi vurub.

"Report" ordunun mətbuat xidmətinə istinadən xəbər verir ki, qruplaşmanın Nəbatiyyə, eləcə də Livanın cənubundakı digər rayonlarda yerləşən qərargahlarına, buraxılış qurğularına və digər infrastruktur obyektlərinə zərbələr endirilib.

Bundan başqa, İsrail ordusu Bekaa vadisində "Hizbullah"ın iki qərargahına hücum edib.

"Zərbələr nəticəsində "Hizbullah"ın bu qərargahlarda fəaliyyət göstərən onlarla yaraqlısı öldürülüb", - məlumatda bildirilib.

Qeyd edilib ki, əməliyyat qruplaşmanın atəşkəs razılaşmasını dəfələrlə pozmasına cavab olaraq həyata keçirilib.

"Cebheinfo.az"