Kılıçdaroğlu CHP-nin bu təklifini RƏDD ETDİ

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) 4-5 noyabr 2023-cü il tarixində keçirilən qurultayı ilə bağlı məhkəmə qərarının 30 iyunda açıqlanması gözlənilir.
“Cebheinfo.az” xəbər verir ki, məhkəmə qərarı ilə sabiq sədr Kamal Kılıçdaroğlunun yenidən CHP sədri olacağı iddiaları da sürətlə yayılmaqda davam edir.
Bütün bunların fonunda CHP-dən bir heyət Kılıçdaroğlunu ziyarət edib. Heyətdə Ankara Böyük Şəhər Bələdiyyəsinin sədri Mansur Yavaş, Mərsin Böyük Şəhər Bələdiyyəsinin sədri Vahap Seçer və CHP-nin Partiya Məclisi üzvü Engin Koç olub. Onların Kılıçdaroğlundan qəyyuma qarşı dəstək açıqlaması verməsini xahiş ediblər.
Jurnalist İsmayıl Saymazın xəbərinə görə, Kamal Kılıçdaroğlu belə açıqlama verməyi rədd edib:
“Mən belə bir açıqlama verə bilmərəm. Ümid edirəm ki, heç bir mütləq etibarsızlıq olmayacaq, amma olsa da, partiyamı qəyyuma buraxa bilmərəm. Mən qəbul etməsəm onda qəyyum qərarı gələcək. Mən qəyyuma razı olmalıyam? Məhkəmə qərarından sonra Özgür Özəllə oturub söhbət edərik”.
CHP sədri Özgür Özəl isə Kılıçdaroğlunu belə bir cavab verəcəyini gözlədiyini söyləyib.
Elmir Mustafa
“Cebheinfo.az”