Prezident Sarayına heyranlıqla baxmaqda haqlı imiş: Öz ofisi həbsxanadadır - FOTO

Prezident Sarayına heyranlıqla baxmaqda haqlı imiş: Öz ofisi həbsxanadadır - FOTO

Ankarada NATO sammitində iştirak edən İslandiyanın Baş naziri Kristrun Frostadottirin Prezident Sarayına heyran olduğu anlar sosial mediada böyük diqqət çəkib. 

Gənc liderin heyrəti öz ölkəsindəki hökumət mərkəzi arasındakı kəskin ziddiyyəti ön plana çıxarıb.

Beləliklə, Ankaradakı Prezident Sarayına heyranedici baxışları ilə diqqət çəkən İslandiyanın 38 yaşlı Baş naziri Kristrun Frostadottir ölkəsindəki təvazökar ofisi gündəmə gəlib. 

“Cebheinfo.az” xəbər verir ki, bina nəzərəçarpacaq dərəcədə kiçikdir. 

Təxminən 390.000 əhalisi olan İslandiyanın paytaxtı Reykyavikdəki Baş nazirin ofisi sadəliyi və kiçikliyi ilə seçilir.

18-ci əsrdə tikilmiş və əvvəllər həbsxana kimi istifadə edilən bu ikimərtəbəli daş bina Şimali Avropanın sadə həyat tərxinə yanaşmasının simvolu kimi də qəbul edilir.

Xəzər
“Cebheinfo.az”