Xameneyinin dəfn mərasimi keçirilir - YENİLƏNİB - VİDEO
İranın mərhum Ali Lideri Ayətullah Seyid Əli Xameneyinin cənazəsi Məşhəd şəhərinə aparılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Onun dəfn mərasiminin yerli vaxtla saat 14:00-da (Bakı vaxtı ilə 14:30-da) başlaması planlaşdırılır.
Yerli sakinlərin Xameneyinin dəfn mərasimindən əvvəl camaat namazı qıldığı bildirilir.
***
Məşhəd şəhərində İranın mərhum Ali Lideri Əli Xameneyinin dəfn mərasimi keçirilir.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, Xameneyinin cənazəsi ilə matəm yürüşü Məşhədin əsas küçəsi olan İmam Rza küçəsi ilə dəfn yerinə doğru hərəkət edir.
Yürüşə qırmızı bayraqlar və Xameneyinin portretləri ilə qatılmış sakinlər müxtəlif şüarlar səsləndirirlər.
"Cebheinfo.az"

