Bir ölkə Mbappeyə görə digərindən ÜZR İSTƏDİ

Bir ölkə Mbappeyə görə digərindən ÜZR İSTƏDİ

Paraqvay hökuməti Fransa milli komandasının kapitanı Kilian Mbappeyə qarşı edilən irqçi paylaşımlara görə Fransadan üzr istəyib.

“Cebheinfo.az” xəbər verir ki, Fransanın idman naziri Marina Ferrari "Franceinfo"-ya müsahibəsində Paris Prokurorluğunun hadisə ilə bağlı bu həftə araşdırmaya başlanıldığını bildirib.

Fransanın idman naziri qeyd edib ki, Paraqvay senatoru Seleste Amarillanın Mbappe haqqında səsləndirdiyi fikirlər "son dərəcə iyrəncdir". 

Nazir qeyd edib ki, Paraqvay hökuməti rəsmi şəkildə üzr istəyərək bu cür açıqlamaların ölkənin dəyərlərinə qətiyyən uyğun gəlmədiyini bəyan edib. Bununla belə, senator Amarillanın əvvəlki mövqeyindən geri çəkilmədiyini vurğulayıb.

Marina Ferrari siyasətçilərin bu cür ifadələr işlətməsinin qəbuledilməz olduğunu bildirib. O, Amarillanın Fransada "arzuolunmaz şəxs" elan edilib-edilməyəcəyi ilə bağlı suala isə "Ölkəyə kimin daxil olub-olmaması barədə qərar vermək mənim səlahiyyətimdə deyil" cavabını verib.

Nazirin sözlərinə görə, Amarilla Fransaya səfər edərsə, ictimaiyyət tərəfindən xoş qarşılanmayacaq.

Qeyd edək ki, Paraqvay senatoru Seleste Amarilla Kilian Mbappe haqqında "Fransız roluna girən müstəmləkə dövrünün kamerunlusu, nifrət dolu, sonradan görmə, təkəbbürlü və eybəcər” ifadələrini işlətmişdi.

Fransa millisi futbol üzrə dünya çempionatının 1/8 final mərhələsində Paraqvayı 1:0 hesabı ilə məğlub etdikdən sonra Mbappe senatorun irqçi və nifrət xarakterli paylaşımlarına sərt reaksiya vermişdi.

O, "X" sosial şəbəkəsindəki paylaşımında, "Xanım Seleste Amarilla, siz iyrənc və tutduğunuz vəzifəyə layiq olmayan birisiniz. Siz şərəfi və əzmkarlığı ilə meydanda mübarizə aparan Paraqvayı təmsil etmirsiniz", - deyə bildirmişdi. 

Əfsanə Rəcəb
“Cebheinfo.az”