Oğlunun müğənni olmasını istəyir

Oğlunun müğənni olmasını istəyir

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu övladının gələcək sənət seçimi ilə bağlı danışıb.

"Yeni Sabah" xəbər verir ki, o, oğlunun ata peşəsini davam etdirməsini istəmir və onu daha çox müğənni kimi görmək arzusundadır:

"Mənim və daha bir neçə həmkarımın bu sahədə qazancı, şükürlər olsun ki, yaxşıdır, dolanışığımız normaldır. Lakin klarnet ifaçılığı həddindən artıq ağır, məşəqqətli peşədir. Bu sənətlə çox böyük layihələrə imza atmaq, irəli getmək asan deyil. İnstrumental musiqidə uğur qazanmaq, tanınmaq cəmi bir neçə nəfərə qismət olan nadir bir şansdır. Məhz bu çətinlikləri bildiyim üçün övladımın klarnetçi yox, vokal ifaçısı, yəni müğənni olmasını daha çox arzulayıram".

"Cebheinfo.az"