SEPAH təkzib etdi: “Trampın ad günündə saziş imzalanmayacaq”
İran tərəfi Amerika lideri Donald Trampın sülh müqaviləsinin tezliklə imzalanacağı ilə bağlı açqlamasını şayiə adlanıdırıb.
“Cebheinfo.az” xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) Trampın ad günü olan 14 iyun tarixində müqavilə imzalanması xəbərinin heç bir əsasının olmadığını bildirib.
Beləliklə, İslam İnqilabı Keşikçiləri Korpusu Tehran və Vaşinqtonun bazar günü müqavilə imzalayacağı ilə bağlı məlumatları təkzib edib.
SEPAH-ın bəyanatında Prezident Trampın sənədi həmin tarixdə imzalamaqda "qeyri-adi israrı" da tənqid edilib.
Bildirilib ki, Prezidentin açıqlaması İran tərəfinin memorandumun hələ hazır olmadığını və bazar günü imzalanmanın mütləq baş tutmayacağını açıq şəkildə bildirməsinə baxmayaraq verilib.
İran tərəfi ehtimal edib ki, Trampın imzalanma mərasimini öz ad gününə təsadüf etmək üçün 14 iyuna təyin etmək istəyib.
Bəyanatda qeyd edildiyi kimi, belə israr hadisəni simvolik olaraq mənimsəmək və onu şəxsi reklam oyununa çevirmək istəyindən qaynaqlana bilər.
Xatırladaq ki, Amerika lideri Tramp İranla müqavilənin imzalanmasının 14 iyuna təyin olunduğunu açıqlamışdı. O qeyd etmişdi ki, imzalanmadan dərhal sonra Hörmüz boğazı hamı üçün açıq olacaq.
Xəzər
“Cebheinfo.az”


