46 il dayanmadan bu qədər qan verdi: Dünya rekordu qırdı
ABŞ-də yaşayan 69 yaşlı kişi ömrü boyu verdiyi qanla dünya rekordu qırıb.
Musavat.com xəbər verir ki, ABŞ-nin Nyu-York ştatında yaşayan Den Rayan Amerika Qırmızı Xaç Cəmiyyətinə ümumilikdə 113,5 litrdən çox tam qan bağışlayıb. Bu göstərici onu kişi donorlar arasında dünya rekordçusuna çevirib. Müqayisə üçün qeyd olunur ki, orta hesabla yetkin insanın orqanizmində 4,5–5,6 litr qan olur.
Den ilk dəfə 1980-ci ildə, iynədən qorxmasına baxmayaraq, qardaşının təkidi ilə qan verib. Həmin vaxtdan etibarən o, mütəmadi donor olub. Son 46 il ərzində yalnız malyariya müalicəsindən sonra məcburi üçillik fasilə verib.
Əgər o, eyni templə qan verməyə davam etsə, 80 yaşına qədər bağışladığı qanın ümumi həcmi 151 litrə çatacaq.
Den bildirir ki, onu bu işə ruhlandıran əsas amil qanının kömək etdiyi insanlardır. Onların arasında açıq ürək əməliyyatı keçirmiş atası da var.
"Cebheinfo.az"

