Ağdamda mağazaya düşən ildırım yanğına səbəb olub - YENİLƏNİB - FOTOLAR

Ağdamda mağazaya düşən ildırım yanğına səbəb olub - YENİLƏNİB - FOTOLAR

Ağdam rayonunun Qaradağlı kəndində mağazaya düşən ildırım nəticəsində baş verən yanğın söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, yanğın Qaradağlı kənd sakini İbadov Fikrət Soltan oğluna məxsus mağazada qeydə alınıb.

08:48

Bu gün səhər saatlarında Ağdam rayonunda mağazaya düşən ildırım yanğına səbəb olub.

"Report"un Qarabağ Bürosunun xəbərinə görə, hadisə rayonun Qaradağlı kəndində baş verib.

Belə ki, ildırım kənd sakini İbadov Fikrət Soltan oğluna məxsus mağazaya düşüb və yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Alovun yaxınlıqdakı yaşayış evinə keçməsinin qarşısı alınıb.

Hazırda yanğının tam söndürülməsi üçün lazımi tədbirlər görülür.

"Cebheinfo.az"