Ana evə içkili gələn oğluna bıçaq atdı: 2 illlik cəza verildi

Tərtər şəhəri H.Əliyev prospektində yaşadıqları evdə oğlu 32 yaşlı N.İmanlını bıçaqlamaqda təqsirləndirilən 1965-ci il təvəllüdlü anası X.İ. məhkəməsi yekunlaşıb.
“Cebheinfo.az” xəbər verir ki, Modern.az-ın məlumatına görə, hadisə 13 sentyabr 2023-cü ildə baş verib.
Məlumata görə, hadisə günü N.İmanlı evə içkili gəlib və ata-anasını söyüb. X.İ. lobya doğrayarkən oğlunun bu hərəkətindən əsəbləşib və bıçağı oğlunun üzərinə atıb.
O, bıçağı atdıqdan sonra bıçaq oğlunun kürəyinə dəyib, N.İmanlı kürəyindən yüngül xəsarət alıb.
N.İmanlı isə ifadəsində bildirib ki, hadisənin baş verməsinin səbəbkarı özü olub. O anasına çox əziyyət verib, anasının saçını ağardıb. O evə gəldikdən sonra özündə olmayıb, nə etdiyini bilməyib, anasını əsəbləşdirib. Anası da istəmədən ona xəsarət yetirib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə X.İ. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 3 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
X.İmanova barəsində Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələri tətbiq olunaraq cəzası şərti hesab edilməklə ona 2 il sınaq müddəti müəyyən edilib. O, sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişə bilməyəcək.
“Cebheinfo.az”