Beyləqanda 17 tüfəng polisə təhvil verilib

Beyləqan rayonunda 17 tüfəng polisə təhvil verilib.
DİN Mətbuat Xidməti Bərdə regional qrupundan verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayon sakinləri 17 ədəd müxtəlif markalı tüfəngi təhvil veriblər.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
“Cebheinfo.az”