Hindistanın hücumu nəticəsində Pakistanın itkiləri açıqlandı

Pakistan ordusu Hindistanın ölkəsinə qarşı başlatdığı "Sarsılmaz sədd" əməliyyatında 15-i uşaq olmaqla 40 mülki vətəndaşın həyatını itirdiyini açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, Pakistan Ordusunun İctimaiyyətlə Əlaqələr Departamenti (ISPR) Hindistanın həyata keçirdiyi "Sarsılmaz sədd" əməliyyatı ilə bağlı yenilənmiş məlumatlarla bağlı açıqlama verib.
Məlumatda hücum nəticəsində 15-i uşaq, 7-si qadın olmaqla 40 mülki şəxsin həyatını itirdiyi, 121 mülki vətəndaşın isə yaralandığı bildirilib.
"Sarsılmaz sədd" əməliyyatı nəticəsində 11 ordu əməkdaşının öldürüldüyü, 78 nəfərin isə yaralandığı deyilən açıqlamada, “Pakistanın suverenliyinə və ya ərazi bütövlüyünə meydan oxumağa yönələn hər cür cəhdə çevik, hərtərəfli və qətiyyətli cavab veriləcək” deyə bildirilib.
Nigar Hacılı
"Cebheinfo.az"