İki ukraynalı qadın Azərbaycanda sığınacağa yerləşdirilib

İki ukraynalı qadın Azərbaycanda sığınacağa yerləşdirilib

Azərbaycanda sığınacaqda yerləşdirilən Ukrayna vətəndaşı olan iki qadının doğum haqqında şəhadətnamələri yoxdur.

“Cebheinfo.az” xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nın müzakirəsində Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Həzi Aslanov deyib.

Həzi Aslanov bildirib ki, ötən illər ərzində sığınacaqlara 350 nəfərdən çox qurban yerləşdirilib:

“Orada insanlar olub ki, 4 il yaşayıb. Məcburi əməklə bağlı iki xanımın sənədi yoxdur. Ukrayna vətəndaşı olan bu xanımların yaşadığı yeri artıq Rusiya tutub və biz bu xanımların doğum haqqında şəhadətnamələrini əldə edə bilməmişik. Belə taleyi sınmış insanlar var. Son vaxtlar sığınacaqlar maliyyə problemləri ilə üzləşir”.

“Cebheinfo.az”