Tərtərdəki dəhşətli qətlin TƏFƏRRÜATI

Tərtərdəki dəhşətli qətlin TƏFƏRRÜATI

Tərtərdə baş verən dəhşətli qətl hadisəsinin təfərrüatları məlum olub.

Kənd sakinlərinin Oxu.Az-a verdiyi məlumata görə, hadisə namus üstə baş verib.

Bildirilir ki, 1990-cı il təvəllüdlü Hafizə Hüseynova ailəli olduğu halda, başqası ilə sevgili olub və onun qayınatası Səhliyar Hüseynov bundan xəbər tutub.

O bu barədə dəfələrlə evində gəlininə və oğluna xəbərdarlıq edibmiş.

Məlumata görə, kişi oğluna təklif edib ki, həyat yoldaşını qətlə yetirsin, amma oğlu onu eşitməyib.

Bu gün səhər saatlarında S.Hüseynov mətbəx bıçağı ilə gəlinin yataq otağına daxil olaraq onu xüsusi amansızlıqla qətlə yetirib. S.Hüseynov gəlinini 24 bıçaq zərbəsi ilə qətlə yetirib.

Hadisəni törədən S.Hüseynov bıçaqla birlikdə Tərtər rayon Polis Şöbəsinə gələrək hadisəni törətdiyini etiraf edib və polisə könüllü olaraq təslim olub.

11:48

Tərtər rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Poladlı kəndində qeydə alınıb. Kənd sakini 1957-ci il təvəllüdlü Səhliyar Hüseynov evində gəlini Hafizə Hüseynova ilə mübahisə edib.

Mübahisə nəticəsində S.Hüseynov 1990-cı il təvəllüdlü H.Hüseynovanı qətlə yetirib.

Hadisəni törətməkdə təqsirləndirilən qayınata S.Hüseynov saxlanılıb.

“Cebheinfo.az”