Qatar Qarabağ atını vurub öldürdü: ADY sahibindən 1 500 manat istəyir

Qatar Qarabağ atını vurub öldürdü: ADY sahibindən 1 500 manat istəyir

Novxanı bağları tərəfdə sakinin bağında Qarabağ cinsli atı ipdən açılaraq Azərbaycan Dəmir Yollarının dəmir torla mühafizə olunmuş sahəsində insanlar tərəfindən dağılmış hissəsindən içəri keçib. Nəticədə qatar onu vurub və at tələf olub.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə sosial şəbəkədə atın sahibi olmuş Anar İbrahimov adlı şəxs məlumat verib.

O bildirib ki,  hadisə ilə bağlı polis protokol tərtib edib, işdə cinayət tərkibinin olmadığı deylib.

Ancaq ADY atı sahibini məhkəməyə verib və 1 500 AZN tələb edir.

Vətəndaş isə qarışılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edib.

Artıq məhkəmənin iki iclası keçirilib, qərar çıxarılmayıb. 

Xəzər
“Cebheinfo.az”