“Vaz”la motosiklet toqquşdu: Ölən var

“Vaz”la motosiklet toqquşdu: Ölən var

Zaqatala rayonunun Üçüncü Tala kəndi ərazisində “Vaz-2106” və motosiklet toqquşub.

"Cebheinfo.az" xəbər verir ki, hadisə nəticəsində motosikletin 27 yaşlı sürücüsü Şükür Əhmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

"Cebheinfo.az"