Zaqatalada yol qəzası baş verib: Sürücü ölüb

Zaqatala rayonunun Üçüncü Tala kəndi ərazisində “VAZ-2106” və motosiklet toqquşub.
APA-nın bölgə müxbiri xəbər verir ki, nəticədə motosikletin sürücüsü, 27 yaşlı Şükür Əhmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.
"Cebheinfo.az"