İsmayıl Saybari Fransaya qarşı oynamayacaq

İsmayıl Saybari Fransaya qarşı oynamayacaq

DÇ-2026-da Mərakeş millisinin ən çox qol vuran futbolçusu İsmayıl Saybari zədələndiyi üçün Fransa yığmasına qarşı keçiriləcək 1/4 final görüşündə iştirak edə bilməyəcək.

Oxu.Az xəbər verir ki, bu barədə mərakeşlilərin baş məşqçisi Məhəmməd Uahbi bildirib.

Onun açıqlamasını tanınmış idman jurnalisti və insayder Fabritsio Romano "X" sosial şəbəkəsindəki hesabında paylaşıb.

"Hazırda o, oynamağa hazır deyil, hələ çox tezdir. Ümid edirəm ki, növbəti matçda meydanda ola biləcək", - deyə baş məşqçi bildirib.

Futbolçu Kanada millisinə qarşı keçirilən və 3:0 hesabı ilə başa çatan 1/8 final matçında zədə alıb və 22-ci dəqiqədə əvəzlənib.

ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi turnirdə üç dəfə fərqlənən mərakeşli oyunçu öz komandasının ən məhsuldar futbolçusudur.

Qeyd edək ki, Mərakeş və Fransa komandaları arasındakı qarşılaşma bu gecə, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Xatırladaq ki, dünya çempionatı davam edərkən Almaniyanın "Bavariya" klubu Saybarini transfer etdiyini açıqlayıb. O, bundan əvvəl Niderlandın "PSV Eyndhoven" klubunun şərəfini qoruyub.

"Cebheinfo.az"