Saziş imzalanmırsa: İrəvan-Bakı təmasları nəyə lazımdır?

Saziş imzalanmırsa: İrəvan-Bakı təmasları nəyə lazımdır?

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan rəsmi Bakının əlavə tələblərinə baxmayaraq, Azərbaycanla təmasların niyə davam etdiyini izah edib. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb.

İyunun 30-da keçirilən mətbuat konfransında sülh sazişi layihəsinin təsdiqinin 4 ay əvvəl elan edilməsi və prosesin dalana dirənməsi fonunda  təmasların niyə davam etməsi ilə bağlı sualı cavablandıran Mirzoyan əvəvlki fikirlərini təkrarlayıb. O, ATƏT-in Minsk Qrupunun buraxılması, Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı deyilən əlavə şərt fikirləri ilə razılaşıb. 

O xatırladıb ki, ATƏT-in Minsk Qrupunun buraxılması İrəvan üçün məqbuldur: 

“Çünki sülhün bərqərar olması institusional prosesdir. Yəni müqavilənin imzalanma günü müəyyənləşərsəa, ATƏT-in Minsk Qrupunun ləğv etmək üçün birgə addımlar mümkündür. Biz əmin olmaq istəyirik ki, tamhüquqlu sülhü bərqərar edirik, onda Minsk Qrupu lazım deyil”.

Konstitusiya ilə bağlı da nazir əvvəllər deyilənləri təkrarlayıb: 

“Birincisi, bu, Ermənistan Respublikasının daxili gündəliyidir və konstitusiya islahatları 2018-ci ildən müzakirə olunur”. 

Görünür, onların həyata keçirilməsinə növbəti seçkilərdən sonra başlanacaq.

Mirzoyanın sözlərinə görə, əgər Bakı səmimi şəkildə Ermənistan Konstitusiyası ilə bağlı problemlər görürsə, o zaman ən birbaşa yol sənədi imzalamaqdır: 

“İttifaqın dağılması zamanı SSRİ sərhədləri daxilində ərazinin tanınması haqqında saziş var. Ermənistan Konstitusiyasına münasibət bildirmək səlahiyyəti olan yeganə orqan Konstitusiya Məhkəməsidir. Əgər o, sülh müqaviləsinin Konstitusiyaya zidd olmadığını bəyan edirsə, o zaman məsələ bitib. Qərar fərqli olarsa, o zaman hərəkətə ehtiyac olacaq”.

Mirzoyan hesab edir ki, bütün bunları bir-birinə izah etmək, problemləri həll etmək və yollar tapmaq üçün əlaqələr lazımdır:

"Ümid edirəm ki, təmaslar sazişin imzalanmasına və digər məsələlərin həllinə gətirib çıxaracaq".

Xəzər
“Cebheinfo.az”