Formula 1 Azərbaycan Qran-prisinin vaxtı dəyişdi

Formula 1 Azərbaycan Qran-prisinin vaxtı dəyişdi

2026-cı ildə keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran-prisinin vaxtı dəyişdirilib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə yarışın rəsmi saytı məlumat yayıb. 

Yarışın Azərbaycan mərhələsi əvvəldən nəzərdə tutulduğu kimi sentyabrın 25-27-si deyil, 24-26-sı aralığında təşkil olunacaq. 

Buna səbəb isə 27 sentyabrda Azərbaycanda Anım gününün keçirilməsidir. 

"Cebheinfo.az"