Qətlə yetirilən qardaşlar Bakıda ekspertizadan keçiriləcək

Meyitlərin (Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidməti tərəfindən keçirilən əməliyyat zamanı qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərov qardaşlarının - red.) hansı morqa aparılacağı Azərbaycana gətirildikdən sonra müəyyən olunacaq.
"Cebheinfo.az"xəbər verir ki, bu barədə APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru, professor Ədalət Həsənov deyib.
“Əgər meyit bir ölkədən başqa bir ölkəyə gətirilirsə, həmin ölkədə də yaxınlarının tələbi əsasında hüquq mühafizə orqanlarının qərarı ilə məhkəmə-tibbi ekspertiza aparıla bilər. Əgər Azərbaycanda aparılan ekspertiza rəyi Rusiyada verilən rəylə üst-üstə düşməsə, bu artıq hüquqi prosedurlar tələb edən məsələdir. Belə hallarda müvafiq araşdırmalarla hüquq-mühafizə orqanları və prokurorluq məşğul olur”, - Ədalət Həsənov əlavə edib.
Qeyd edək ki, Ziyəddin və Hüseyn Səfərovların cənazaləri hava limanına aparılıb. Oradan Yekaterinburq-Bakı aviareysi ilə Azərbaycana yola salınacaq. Təyyarə 20:00 radələrində Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enəcək.
"Cebheinfo.az"