Bu il Azərbaycanın qızıl ixracından gəlirləri 120 mln. dolları ötüb

Bu il Azərbaycanın qızıl ixracından gəlirləri 120 mln. dolları ötüb

Bu ilin yanvar-may ayları ərzində Azərbaycandan 121.3 milyon ABŞ dolları dəyərində qızıl ixrac edilib.

“APA-Economics” İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın iyun sayına istinadən xəbər verir ki, bu 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2.7 dəfə və ya 76 milyon ABŞ dolları çoxdur.

Qeyd edək ki, cari ilin may ayı ərzində Azərbaycandan 25.9 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib. Bu isə illik müqayisədə 86.3% çoxdur.

"Cebheinfo.az"