Hündürmərtəbəli binada yanğın

Hündürmərtəbəli binada yanğın

Almaniyanın paytaxtı Berlinin Mitte rayonundakı Kurfürsten küçəsində tikilməkdə olan hündürmərtəbəli binanın damında yanğın baş verib.

"Cebheinfo.az" xəbər verir ki, Xristian Demokrat İttifaqı (CDU) partiyasının qərargahına 250 metr məsafədə yerləşən tikili zamanı 3 dəfə partlayış səslərinin eşidildiyi bildirilib.

Kurfürsten və Siçill küçələrinin kəsişməsində yerləşən binada başlayan yanğına 100-dən artıq yanğınsöndürən cəlb olunub.

Partlayış səslərinin inşaatda istifadə olunan qaz balonlarından qaynaqlandığı ehtimal olunur.

Ətrafdakı küçələr təhlükəsizlik səbəbilə nəqliyyat üçün bağlandığından, bölgədə sıxlıq yaranıb.

Yanğının çıxma səbəbi və hadisə nəticəsində xəsarət alan və ya həyatını itirənlərin olub-olmaması barədə hələlik məlumat verilməyib.

Nigar Hacılı 
"Cebheinfo.az"