Fidan: “Fikirlərimiz bir çox məsələdə üst-üstə düşür”

Fidan: “Fikirlərimiz bir çox məsələdə üst-üstə düşür”

“Türkiyə və Böyük Britaniya Rusiya ilə Ukrayna arasında atəşkəsin əldə olunması üçün göstərilən səyləri dəstəkləyir”. 

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada britaniyalı həmkarı Devid Lemmiylə görüşdən sonra deyib. 

“Qəzza, Suriya, İran, İraq və Rusiya–Ukrayna müharibəsi ilə bağlı fikirlərimiz bir çox məsələdə üst-üstə düşür. Hər iki ölkə Rusiya ilə Ukrayna arasında atəşkəsin əldə olunması üçün görülən təşəbbüslərə dəstək verir”, – deyə Fidan bildirib. 

Onun sözlərinə görə, Türkiyə və Böyük Britaniyanın əsas məqsədlərindən biri də İranla İsrail arasında mövcud olan atəşkəsin qorunması və bölgədə sülhə qayıdışın təmin olunmasıdır. “Digər tərəfdən, Qəzzada baş verən humanitar faciəyə tezliklə son qoyulması bizim üçün çox önəmlidir”, – deyə o əlavə edib. 

Fidan vurğulayıb ki, Fələstin probleminin həlli yalnız iki dövlət prinsipi əsasında mümkün ola bilər. 

Səbinə Uğur 
"Cebheinfo.az"