Rusiya Ombudsmanından Səbinə Əliyevaya MÜRACİƏT

Rusiya Ombudsmanından Səbinə Əliyevaya MÜRACİƏT

Rusiyanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Tatyana Moskalkova Yekaterinburqda Azərbaycan diasporunun nümayəndələrinin saxlanması, ölümü və bədənə xəsarət yetirilməsi hallarının aydınlaşdırılması ilə bağlı Azərbaycan Ombudsmanı Səbinə Əliyevaya müraciət edib. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Кавказское бюро” teleqram kanalı məlumat yayıb. Moskalkova həbsin qanuniliyini və əsaslılığını, cinayət törətməkdə şübhəli bilinən və zərərçəkmiş şəxslərin hüquqlarına riayət olunmasını yoxlamaq üçün Rusiya Federasiyasının Baş Prokurorluğuna vəsatətlə müraciət edib. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”