Böyük Britaniya ilə ABŞ arasındakı saziş qüvvəyə mindi

Böyük Britaniya ilə ABŞ arasındakı saziş qüvvəyə mindi

Böyük Britaniya ilə ABŞ arasında bağlanmış ticarət sazişi qüvvəyə minib.

"Cebheinfo.az" xəbər verir ki, Böyük Britaniya Ticarət Nazirliyinin verdiyi açıqlamaya əsasən, saziş çərçivəsində Britaniyadan ABŞ-yə avtomobil ixracında müəyyən kvota üçün 10 faizlik gömrük rüsumu tətbiq olunacaq.

Aviasiya sənayesində mühərrik və təyyarə hissələri kimi məhsullara tətbiq edilən 10 faizlik tariflər isə bu gündən etibarən ləğv olunub.

Beləliklə, qüvvəyə minən ticarət sazişi ilə Böyük Britaniya avtomobil və aviasiya sektoru nümayəndələri ABŞ-yə ixracatda gömrük rüsumu endirimlərindən faydalanacaqlar.

Nigar Hacılı 
"Cebheinfo.az"